Xəbərlər
Tayvanlı qadın alpinist K2-yə qış ekspedisiyası planlayır
Bir neçə il əvvəl bir çox alpinist “Səkkiz minlik K2 yeni Everest olacaqmı?” sualına, əminliklə “Xeyr” cavabını verirdi.
Bir neçə il əvvəl bir çox alpinist “Səkkiz minlik K2 yeni Everest olacaqmı?” sualına, əminliklə “Xeyr” cavabını verirdi. Çoxları “K2 qışda təcrübəsiz alpinistlər üçün əlçatan olacaqmı?” sualına da mənfi cavab verdi. Ancaq çox keçməmiş, bu proqnoz özünü doğrultmadı. Səkkiz minlik K2 təkcə yayda deyil, həm də qışda kommersiya baxımından populyarlaşır.
Burdan Bura xəbər verir ki, mediada yayılan məlumatlara görə bu qış tayvanlı alpinist Grace Tseng dünyanın ikinci ən hündür dağı olan 8 minlik K2-yə çıxmağı planlayır. O bu payız Kançencaqra (8586 m) zirvəsinə qalxaraq bu zirvəyə çıxan ilk Tayvanlı alpinist oldu. 2021-ci ilə qədər səkkiz minlik dırmaşma təcrübəsi olmayan 28 yaşlı alpinist onların hamısına dırmaşmaq qərarına gəlib və bunu mümkün qədər tez həyata keçirmək istəyir. Və görünür, o, öz iddiasının öhdəsindən kifayət qədər gəlir: 2021-ci ilin yazında o, Everest və Lhotze zirvələrini uğurla fəth etdi. Payızda Dhaulagiri, Manaslu və Kançencaqraya qalxdı.
Grace Tseng keçən ay 8 minlik K2-yə qış dırmanışına cəhd edəcəyini elan etdi. Onun qarşıdakı K2 ekspedisiyasında bələdçilərin kim olacağı hələ məlum deyil.