Səyahətçilər

Tələt Əfəndiyev

Tanış olun, mən Bakıyam

Tələt Əfəndiyev

Sosial şəbəkə hesabları:
Instagram: @itsmebaku

Bakı bələdçisi Tələt Əfəndiyevdir. O artıq 6 ildir ki, gözəl Bakımızı, onun tarixini xarici turistlərə tanıdır.

Dünyada bir çox ölkələr var ki, torpağına ayaq basdığın ilk gündən həmən ölkəyə qarşı sevgi dolu hisslər səni bürüyür. Bizim doğma Azərbaycanımızı da, Tələt Əfəndiyev, bu siyahıya əlavə etmək istəyir. Ona görə yox ki, o, bu ölkədə doğulub boya başa çatıb və Azərbaycanı çox sevir. O bu nəticəyə 5 il ərzində gördüyü və qarşılaşdığı xarici qonaqlar sayəsində gəlib.

6 il öncə olduğu kimi, indi də Tələtin əsas vəzifəsi tək turları təşkil etmək, xarici qonaqları tarix və mədəniyyətimiz ilə tanış etmək deyil. Onun əsas məqsədi gələn qonaqların onun şəhərini və ölkəsini sevmələridir və qonağa bu hissləri onu hava limanında qarşıladığı ilk andan hiss etdirməyə çalışır. Bu onun üçün bir həzzdir.

Tələt həmçinin bu hissləri yerli auditoriyasına da yaşatmağı düşünür. Ola bilər ki, biz şəhərimizin və ya ölkəmizin tarixini yaxşı bilirik, ancaq hər zaman yeni yerlər kəşf etməyi və biliklərə yiyələnməyi özümüzə məqsəd qoymalıyıq.

Tələt Əfəndiyev müxtəlif master-klaslar, şəhər və rayon gəzintiləri ilə sizi sevindirməyə çalışacaq. O sizi müsbət emosiyalar qazanmağa dəvət edir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version