Xəbərlər

Turist həyat yoldaşını ataraq biznes sinifdə uçub

Rahat səyahət gör nələrə qadirdi. “Reddit” istifadəçisi oxucuların qəzəbinə səbəb olan hekayə dərc edib.

Rahat səyahət gör nələrə qadirdi.

“Reddit” istifadəçisi oxucuların qəzəbinə səbəb olan hekayə dərc edib. Yaponiyada yaşayan bir kişi həyat yoldaşı ilə ABŞ-a bir aylıq tətilə getmək qərarına gəlirlər. Onlar ekonom sinifdə bilet bron edərək, uçuş zamanı yan-yana oturacaqlarını güman ediblər.

“Yığılmış millər sayəsində biznes sinfinə yüksəlmək imkanım oldu. Amma yoldaşım buna çox da sevinmədi, çünki 12 saat bir yerdə olmağımızı istəyirdi. Ancaq uçuşumuz gecə idi və bütün uçuşu yatacaqdıq, ona görə də hansı sinifdə uçmağımızın heç bir fərqi yox idi” deyə 25 yaşlı kişi deyib.

Turistin həyat yoldaşı bu qərardan əsəbiləşərək bayıra çıxmağa çalışıb. “Ona zarafatla dedim ki, həddən artıq qısqancdır, o isə əsəbiləşib məni ekonom sinfə geri qaytarmaq üçün aviaşirkətlə razılaşa bilib-bilməyəcəyimi soruşdu. Mən “əlbəttə yox! Biznes sinifə keçmək fürsətini itirməyəcəyəm” cavabını verdim”. Kişi vurğulayıb ki, aviaşirkət ona topladığı milləri həyat yoldaşı ilə bölüşməyə icazə verməyib.

Şərh yazanların əksəriyyəti gənci qınayıb. “Sən arvadını sözün əsl mənasında tərk etdin, sonra da ona güldün. Siz əsl əclafsınız və o, bu qədər üzülməyinə görə tamamilə haqlıdır”deyə bir oxucu yazıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version