Xəbərlər
Turizmçi-bloger Azərbaycanı İstanbul Turizm Sərgisində təmsil edəcək
Bloger, turizmçi-marketoloq Həvva Səfərova Azərbaycanı dünyanın TOP 5 turizm sərgisindən olan “EMITT” sərgisində təmsil edəcək.
Bloger, turizmçi-marketoloq Həvva Səfərova Azərbaycanı İstanbulda keçirilən dünyanın TOP 5 turizm sərgisindən olan “EMITT” sərgisində təmsil edəcək. O həm bloger kimi EMITT-də baş verənləri işıqlandıracaq həm də turizmçi-marketoloq spikeri olaraq çıxış edəcək.
Həvva Səfərova sərgiyə Azərbaycandan seçilən yeganə şəxsdir. Turizmçi-bloger 9 fevral tarixində, saat 14:30-15:30 aralığında “Destinasyonları Klişelerin Ötesine Geçiren Influencer Stratejileri” mövzusunda panel müzakirəsində çıxış edəcək.
Bundan əlavə isə 9 fevral tarixində, saat 16:30-16:40 aralığında, dünyanın ən tanınmış məşhur turizmçilərindən olan Cem Kınayın “EMITT”-in rəsmi instagram səhifəsi üzərindən canlı yayımda qonağı olacaq.