Xəbərlər

Türkiyədə Azərbaycanın turizm imkanları təbliğ olunur

İstanbul şəhərində dünyanın ən böyük turizm sərgilərindən biri öz işinə başlayıb.

Fevralın 9-da Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük turizm sərgilərindən biri olan EMİTT 2022 – Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi öz işinə başlayıb.

Sayca 25-ci olan beynəlxalq sərgidə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri milli stendimizlə təmsil olunur. Stenddə eyni zamanda 5 yerli turizm şirkəti, 1 mehmanxana qrupu və “Azərbaycan Hava Yolları” QSC də qatılıb.

Fevralın 12-dək davam edəcək sərgi çərçivəsində Türkiyənin aparıcı turizm şirkətləri və sərgidə təmsil olunan digər xairci ölkələrdən olan nümayəndələrlə B2B (Biznesdən biznesə) formatlı görüşlərin keçirilməsi, Marketinq və PR agentləri, eyni zamanda dövlət qurumları və təşkilatları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Təşkil olunacaq görüşlərdə qarşılıqlı əməkdaşlıq, turizm potensialının tanıdılması kimi məsələlər müzakirə olunacaq, eləcə də yerli turizm məhsulları, ekoturizm, kampinq, şərab turizmi və qastronomiya, qış turizm imkanları nümayiş olunacaq.

Sərgidə Azərbaycanın işğaldan azad olunun ərazilərinin turizm potensialı, Zəngəzur dəhlizi və bu dəhlizin imkanları da təbliğ ediləcək.

Qeyd edək ki, 2020-ci ildə keçirilən sərgidə dünyanın 103 ölkəsindən 842 turizm şirkəti təmsil olunub və sərgi ümumilikdə 44 mindən çox ziyarətçi qəbul edib. Bu ilki sərgiyə isə 34 ölkədən 45 minə yaxın turizm sənayesi mütəxəssisinin, eləcə də təklif olunan səyahət imkanlarından yararlanmaq istəyən minlərlə turistin qatılacağı gözlənilir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version