Xəbərlər

Ukraynalı dağçı Yana Krivoşeyanın cəsədi tapılıb

Antalyada 1715 metr yüksəklikdəki Geyik Sivrisi dağına dırmanan və 26 gündür heç bir xəbəri gəlməyən ukraynalı dağçı Yana Krivoşeyanın cəsədi tapılıb.

Antalyada 1715 metr yüksəklikdəki Geyik Sivrisi dağına dırmanan və 26 gündür heç bir xəbəri gəlməyən ukraynalı dağçı Yana Krivoşeyanın cəsədi tapılıb. Qadın alpinistin zirvənin yaxınlığındakı dik qayalıqlardan yıxılaraq öldüyü təxmin edilir.

42 yaşlı Yana 1 may tarixində Ukraynadan Antalyaya gələrək dağa dırmanıb. Onunla əlaqə 2 may bazar günü anasına “Mən zirvədəyəm” mesajını göndərdikdən sonra kəsilib. Telefon siqnalları son olaraq 4 may saat 14:00-da alınan dağçının axtarış-xilasetmə işləri 23 gün davam edib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version