Xəbərlər
Velosəyyah Avrasiyanın ən uzun quru yolunu keçib
“Azərbaycan naminə” devizi altında dünya səyahətinə çıxan məşhur azərbaycanlı velosəyyah Ramil Ziyadov növbəti marşrutunu başa çatdırıb.
10 ildir ki, “Dəmir at”ı ilə “Azərbaycan naminə” devizi altında dünya səyahətinə çıxan məşhur azərbaycanlı velosəyyah Ramil Ziyadov növbəti marşrutunu başa çatdırıb.
Burdan Bura xəbər verir ki, Azərbaycanın ilk velosəyyahı Avrasiyanın ən uzun quru yolu hesab edilən Maqadan (Rusiya) – Saqreş (Portuqaliya) (15 050 km) yolunu uğurla qət edərək səyahətini tamamlayıb. Ramil bu yolu velosipedlə səyahət edən ilk azərbaycanlıdır.
Qeyd edək ki, Ramil Ziyadov Bərdə şəhərindəndir. O, 2013-cü il aprel ayının 10-da Bakıdan velosəyahətə başlayıb. Bu müddət ərzində 100 min kilometrə yaxın yol qət edib.
Velosəyyah hazırda Portuqaliyadadır və növbəti qitə səyahətlərinə hazırlaşır.