Səyahətçilər

Vüqar Quliyev

Bapbalaca dünya

Vüqar Quliyev

Doğum tarixi: 27 fevral
Təhsili: Bakı Slavyan Universiteti
Sosial şəbəkə hesabları:
Instagram: @vuqarla_bap_balaca_dunya
Facebook: Vugar Guliyev

Bap balaca dünyada dam dolusu səyahəti var. Vüqar Quliyev təxminən 10 ilə yaxındır ki, dünyanı dolaşır. Əvvəlcə işlə bağlı xarici ölkələrə səfər edirmiş. Daha sonra bunu hobbiyə çevirib.

Vüqar Sumqayıt şəhərində doğulub. Neft şirkətlərinin birində işləyir və mütəmadi olaraq turizmlə də məşğul olur.

İlk səfər etdiyi yer hələ uşaqlıqdan görmək istədiyi Misir ehramlarının olduğu Qahirə şəhəri olub.

Turizmin demək olar ki, bir çox növlərinin dadına baxıb. Dünyanın ən gözəl çimərliklərindən tutmuş, çöllük-biyabanlıq səhralara kimi. Ümumilikdə isə bugünədək 76 ölkədə 143 şəhər gəzib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version