Xəbərlər

Yaponiya limanlarını beynəlxalq kruiz gəmiləri üçün açır

Yaponiya hakimiyyəti kruiz gəmilərinə yenidən ölkə limanlarına yanaşmağa icazə verildiyini açıqlayıb.

Yaponiya hakimiyyəti kruiz gəmilərinə yenidən ölkə limanlarına yanaşmağa icazə verildiyini açıqlayıb. Bunun üçün bir neçə vacib şərt yerinə yetirilməlidir.

Hər bir ekipaj üzvü COVID-19 peyvəndinin üç dozası ilə peyvənd edilməlidir. Bundan əlavə, gəmidə olan sərnişinlərin 95 faizindən çoxunun ən azı iki dəfə peyvənd edilməsi tələb olunur. Kruizlər zamanı turistlər yoxlanılacaq və lazım gələrsə, “müsbət”, simptomları olan sərnişinlər təcrid olunacaqlar.

Avstraliya və Yeni Zelandiya Sakit Okean bölgəsində kruizləri bərpa edən ilk ölkələr oldu. Bu bir neçə ay əvvəl baş verib. Hindistan isə keçən həftə sonu yeni kruiz mövsümünü açdı.

Yaponiya da limanlarını xarici gəmilər üçün açmağa razılaşdı və öz laynerlərinə beynəlxalq istiqamətlərə hərəkətlərini bərpa etməyə icazə verdi. Yaponiyanın Torpaq Ehtiyatları, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin məlumatına görə, oktyabrda Yaponiyaya təxminən yarım milyon insan səfər edib ki, bu da sentyabrla müqayisədə üç dəfə çoxdur.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version