Xəbərlər
Zaqatalada Hindistanlı turist itib
Zaqatalanın Honzoqor dağında (Şamilovka yaylağı) Hindistandan gəlib tək səyahət edən turist, Manikanth Kondaveeti itib.
Zaqatalanın Honzoqor dağında (Şamilovka yaylağı) Hindistandan gəlib tək səyahət edən turist, Manikanth Kondaveeti itib.
Turist 12 may tarixində qaldığı oteldən yerli sakinlərin yönləndirməsi ilə Qəbizdərəyə gedib oradan yaylağa qalxaraq gecəni daxa adlanan ağacdan (taxtadan) tikilmiş yaylaq evlərindən birində qalmışdır. Onu həmin günü yaylaqda olan kənd sakini görmüşdür. Səhəri gün (13 mayda) yaylaqda qalan kənd sakini Qəbizdərə kəndinə düşəcəyini, turistin də onunla gələ biləcəyini demiş, turist isə gəldiyi yöndə qayıtmaq istəmədiyini, Car yolundan Zaqatala mərkəzə düşmək istədiyini bildirib və həmin istiqamətdə gedib. 13-ündən sonra turistdən xəbər yoxdur.
17-si tarixində onun Özbəkistana təyyarə bileti olsa da ölkədən çıxışı qeydə alınmayıb. Turist ailəsi ilə mütəmadi danışırmış, bir neçə gün xəbər almadıqları üçün ailəsi ölkələrinin Azərbaycandakı səfirliyinə xəbər edərək turistin axtarılmasını xahiş ediblər. 17-si tarixindən turist polis, yerli sakinlər və digər qurumlar tərəfindən axtarılır, hələ də bir nəticə yoxdur.
Qeyd-1: axtarışlarda könüllü (öz hesabına) iştirak edə biləcək dağ təcrübəsi və ləvazimatları olan şəxslər varsa Toğrul Cəfərova yaza bilər. Həftə sonu üçün axtarışları intensivləşdirmək lazımdır. Vaxt uzandıqca təəssüf ki, ümidlər azalır.
Paylaşdı: Toğrul Cəfərov