Xəbərlər
Zəfər Günü münasibətilə alpinistlər Ağrı dağına qalxdı
Zəfər Günü münasibəti ilə alpinistlər Rinat Rəhimxanov və İsrafil Aşurlı, birgə Türkiyənin ən yüksək zirvəsi olan Ağrı dağına qalxıb.
Zəfər Günü münasibəti ilə 08.11.2021-ci il tarixdə, saat 12.00-da (Ankara vaxtı ilə), alpinistlər Rinat Rəhimxanov və İsrafil Aşurlı, birgə Türkiyənin ən yüksək zirvəsi olan Ağrı dağına qalxıb. (5137 m).
Onların dediklərinə görə dağda çoxlu qar, külək vardı və bəzi yerlərdə sərt buzla qarşılaşıblar.
Zirvəyə Azərbaycan bayrağını (Azərbaycan Dövlət Bayraq Muzeyinin iltizamnaməsi ilə alınıb) və Türkiyə bayrağını (bayraq 1922-ci ildə tikilib, onu İsrafil Aşurlıya xanım Nükhet Hotar hədiyyə edib) sancıblar.