fbpx
Connect with us

Xəbərlər

82 yaşlı şotlandiyalı 282 dağ missiyasını tamamlayıb

82 yaşlı Nik Qardner Şotlandiyanın 282 Munrosunun sonuncusuna da qalxıb. Bu, hamısı 3000 fut (914 m) və ya daha yüksək olan Şotlandiya dağlarıdır.

Şotlandiyanın “Gairloch” şəhərindən olan keçmiş fizika müəllimi 3200 km piyada yürüş edib, 152 000 m-dən çox yuxarı qalxıb və yürüşünü gözləniləndən bir neçə yüz gün tez bitirib. O bütün bunları Altsheymer və Osteoparozdan əziyyət çəkən sevimli həyat yoldaşı Janetin şərəfinə edib.

Qardner bu yeni hobbi və həyat tərzini həyat yoldaşının vəziyyəti ilə mübarizə yolu kimi qiymətləndirir. Lakin o, bu layihəni təkbaşına öhdəsinə götürməyib. Onun dostları, ailəsi, bələdçiləri və ətrafdakı gəzinti yoldaşlarından ibarət möhkəm dəstək sistemi var idi. O, sonuncu zirvəsi olan “Cairn Gorm” zirvəsinə yaxınlaşdıqda, onların hamısı birləşərək öz gəzinti çubuqları ilə bir tağ meydana gətiriblər və Qardner onun altından qəhrəman kimi keçib.

2020-ci ildə Stiven Pyke adlı alpinist 282 zirvənin hamısına 39 günə dırmaşaraq rekord vurub. Qardner heç bir vaxt təyin etmək niyyətində deyildi. Bununla belə, o, dağların hamısına dırmaşan dünyanın ən yaşlı insanı ola bilər. O ilk Munronu 2020-ci ilin iyulunda, 80 yaşında fəth edib.

Bu yolda, “Altsheymer Şotlandiya” və “Kral Osteoparoz Cəmiyyəti”, ona və həyat yoldaşına mübarizələrində kömək olmaq üçün 60,000 funt sterlinqdən çox pul toplayıb.

82 yaşlı Qardner indi də Devon və Kornuoll sahil dağlarını fəth etmək niyyətindədir.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar