Sevil Ismailova
Sosial şəbəkə hesabları:
Instagram: @mysticseva_
İncəsənət ruhlu səyahətçi Sevil İsmailova. O, Gürcüstanda, musiqiçi və pedaqoq ailəsində anadan olub. Doğulduqdan bir ay sonra ailəsi ilə birlikdə Azərbaycana köçüb. O burada təhsil alıb və bugünədək Bakıda yaşayır.
ADPU-nun filologiya (ingilis dili) fakültəsinin bakalavr təhsili alıb. 1-ci kursda oxuyarkən müəllimlərin istəyi ilə universitetlər arası musiqi yarışmasında iştirak edərək Müslüm Maqomayevin repertuarından, bəstəkarı Ü.Hacıbəyovun, sözləri Nizami Gəncəvinin “Sənsiz” qəzəlinə bəstələnmiş romansı ifa edib. Universitetin təşkil etdiyi illik şənlikdə isə “Sarı Gəlin” mahnısını ifa edib. Onun 4 oktava səsi var. Sevilin incəsənətin bir çox sahələrində (aktrisa, model və s.) fəaliyyəti olub.
Sevil İsmailova, “Olimpiya” və “Formula 1” yarışlarında işləyərək təcrübə qazanıb. Hazırda fərdi olaraq tur operator kimi fəaliyyət göstərir, xarici turistlərə bələdçilik və tərcüməçilik edir. Sevil üçün səyahət bir meditasiyadır. Buna görə dünya səyahətini qarşısına məqsəd qoyub və bunu tezliklə reallaşdırmağa hazırlaşır. Sevil, həmçinin Azərbaycan Turizm Blogerləri Assosiasiyasının fəal üzvlərindəndir.
Universiteti bitirməyinə baxmayaraq xarici vətəndaş olduğu üçün onu işə götürmürdülər. Buna görə də Sevil individual olaraq tərcüməçilik, bələdçilik etmək qərarına gəlir və “Facebook”da “Tour Guide in Azerbaijan” səhifəsini açır. Onun məqsədi işdən daha çox, xarici qonaqlara Azərbaycanı tanıtmaq və yeni insanlarla ünsiyyətdə olmaq idi. O İşini o qədər sevir ki, üzvü olduğu saytda 1-ci yerdə idi.
Sevil ilk dəfə “Aznews” saytının jurnalistinə, ondan sonra isə bir neçə dəfə TV kanallara turizmlə bağlı reportajlar verib.
Öz işini zəhməti ilə quran Sevilin ailəsi əvvəl bunlara qarşı narazı olsa da, çəkilişlərdən sonra razı görünüblər. Səyahəti çox sevməsinə baxmayaraq ailəsi heç vaxt səyahət etməyinə icazə vermirdi.
İndi isə Sevil İsmailova, yanvarın 29-u uzun müddətli Səudiyyə Ərəbistanı səyahətinə çıxaraq öz arzularının arxasıyca gedir. Sevil xarici vətəndaşla ailə həyatı qurub. Onun blogunu izləyərək səyahətindən ən maraqlı anları qaçırmayın.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları