Jurnal
Son 10 ildə ən çox güclənən 10 pasport
Çox sayda ölkəyə vizasız girişi təmin edən pasporta sahib olmaq səyahət edənlər üçün bir imtiyazdır. Hazırda dünyada ən nüfuzlu pasport Yaponiyaya məxsusdur. Bu pasport, sahiblərinə dünyanın 193 ölkəsinə vizasız giriş imkanı verir. Golden visa və Global Residence Index araşdırma apararaq, son 10 ildə hansı pasportların əhəmiyyətli dərəcədə gücləndiyini açıqlayıb.
Birləşmiş Ərəb Əmirlikləri
BƏƏ səhrada tikilmiş biznes və səyahət üçün müasir mərkəzdir. Ölkə Şərqlə Qərb arasında, iqtisadiyyatı inkişaf edib və inkişaf etməmiş regionlar arasında yerləşir. Son on ildə BƏƏ dünyanın hər yerindən on milyonlarla insan üçün cazibə mərkəzinə çevrilib. Digər tərəfdən, BƏƏ pasport sahibləri indi demək olar ki, məhdudiyyətsiz səyahət edə bilərlər. 2013-cü ildə “Əmirlik” pasportu yalnız 72 ölkəyə vizasız giriş imkanı verirdisə, 2023-cü ildə bu rəqəm 178-ə yüksəlib.
2013-cü ildən 2023-cü ilə qədər vizasız ölkələrin sayında artım: 106
Kolumbiya
Kolumbiya Cənubi Amerikada sürətlə böyüyən iqtisadiyyata malik ölkələrdən biridir. 2013-cü ildə Kolumbiya vətəndaşları yalnız 63 ölkəyə vizasız gedə bilərdi; 2023-cü ildə bu rəqəm 133-ə yüksəldi. Bu kolumbiyalıların həyatını həm turizm, həm də biznes baxımından xeyli asanlaşdırdı.
2013-cü ildən 2023-cü ilə qədər vizasız ölkələrin sayında artım: 70
Ukrayna
Ukrayna bir neçə ildir ki, beynəlxalq manşetlərə çevrilir. Bununla belə, öz vətəndaşlarına getdikcə daha çox ölkəyə vizasız səyahət təklif edir. 2013-cü ildə 77 olan ölkələrin sayı indi 144-ə çatıb.
2013-cü ildən 2023-cü ilə qədər vizasız ölkələrin sayında artım: 67
Moldova
Avropanın ən kasıb ölkələrindən biri olan Moldovanın iqtisadiyyatı əsasən kənd təsərrüfatına bağlıdır. 2013-cü ildə biznes və səyahət imkanları məhdud idi: yalnız 59 ölkəyə vizasız səfər etmək mümkün idi. Son 10 ildə bu rəqəm 120-yə yüksəlib.
2013-cü ildən 2023-cü ilə qədər vizasız ölkələrin sayında artım: 61
Sent-Vinsent və Qrenadin
Sent-Vinsent və Qrenadin Karib dənizində əsas Sent-Vinsent adasından və daha kiçik adalar silsiləsindən ibarət dövlətdir. Cəmi 110.000 əhalisi olan bu qeyri-adi adalar, gözəl çimərlikləri və kristal kimi təmiz okeanları ilə öyünür. Ləzzətlərin bolluğuna baxmayaraq, yerli əhalinin biznes və səyahət imkanları yoxdur. 151 ölkədən bu bölgəyə gəlmək mümkündür. Bu siyahıda Azərbaycan da var.
2013-cü ildən 2023-cü ilə qədər vizasız ölkələrin sayında artım: 59
Bu da maraqlıdır: İnstaqramda ən çox paylaşılan şəhərlər məlum olub
Dominika
Dominika Karib hövzəsinin ən kasıb ölkələrindən biridir. Varlı təbiətinə baxmayaraq, əhalinin iqtisadi və sosial imkanları məhduddur. Son 10 ildə Dominika pasportlarında əhəmiyyətli irəliləyiş əldə edib – 87 vizasız ölkə, ümumilikdə isə 144. Burada sərmayə qoyaraq vətəndaşlıq almaq da mümkündür. Ərizəçilər müraciət etmək üçün minimum 50.000 dollar depozit qoymalıdırlar və yeni vətəndaşlar Dominika pasport sahibi statusunun bütün aspektlərindən istifadə edə bilərlər.
2013-cü ildən 2023-cü ilə qədər vizasız ölkələrin sayında artım: 57
Qrenada
Qrenada ada qonşuları ilə oxşar iqtisadi, sosial və siyasi xüsusiyyətləri paylaşan başqa bir Karib ölkəsidir… və eynilə səyahət və biznes problemləri var. Qrenada 2013-cü ildən bəri vizasız ölkələrin sayını 88-dən 145-ə çatdırıb.
2013-cü ildən 2023-cü ilə qədər vizasız ölkələrin sayında dəyişiklik: artım 57
Peru
Peru Cənubi Amerikada Kolumbiya ilə böyük sərhədi olan bir ölkədir. Xatırladaq ki, bu ölkə son 10 ildə böyük irəliləyişlər əldə edib. 2013-cü ildə Perunun 80 ölkəyə vizasız girişi olub. Bu rəqəm 2023-cü ildə 136-ya yüksəlib.
2013-cü ildən 2023-cü ilə qədər vizasız ölkələrin sayında artım: 56
Gürcüstan
Gürcüstan Avropa və Asiyanın kəsişməsində yerləşir. Ölkə sürətlə inkişaf edir və ən yüksək insan inkişafı indekslərindən birinə malikdir. Məsələn, adambaşına düşən gəlir 183,2 faiz, orta ömür uzunluğu isə 2,1 il artıb. İqtisadi islahatlar korrupsiyanı minimuma endirmiş, yoxsulluğu və işsizliyi azaltmışdır. 2013-cü ildə Gürcüstanın cəmi 60 ölkəyə vizasız girişi olub; Son 10 ildə bu rəqəm 115-ə yüksəlib.
2013-cü ildən 2023-cü ilə qədər vizasız ölkələrin sayında dəyişiklik: artım 55
Sent-Lüsiya
Çılpaq gözlə də görünür ki, Karib dənizində həyatın bir çox sahələrində böyük artım olub və Sent-Lüsiya da bu ölkələrdən biridir. Ölkə 2023-cü ildə 146 ölkə ilə vizasız səyahət hüququ əldə edəcək. Beləliklə, son bir neçə ildə Sent-Lüsiya pasportuna 52 ölkə əlavə edilib.
2013-cü ildən 2023-cü ilə qədər vizasız ölkələrin sayında artım: 52
Qeyd edək ki, Azərbaycan pasportun gücünə görə 76-cı yerdə qərarlaşıb və ölkə vətəndaşları dünyanın 70 ölkəsinə vizasız gedə bilərlər.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları