fbpx
Connect with us

Xəbərlər

Danimarkalı alimlər yeni ada kəşf ediblər

Danimarkalı alimlər yer kürəsinin ən şimalında yerləşən və bu günə qədər tanınmayan yeni adanı təsadüfən kəşf ediblər.

Burdan Bura AZƏRTAC-a istinadən xəbər verir ki, Kopenhagen Universitetinin bir qrup tədqiqatçısı peyk naviqasiya sistemində yaranmış texniki nasazlıq nəticəsində bu kəşfə imza atıblar.

Əvvəlcə yerində olan alimlər, digər Danimarka araşdırma qrupu tərəfindən 1978-ci ildə kəşf edilən Oodaak adasına gəldiklərini fərz edib. Yerləşdikləri yerin dəqiq koordinatlarını yoxlayanda isə onlar əslində Oodaakdan 780 metr şimal-qərbdə indiyə qədər tanınmayan başqa bir ada kəşf etdiklərini anlayıblar.

Sahəsi 60\30 metr olan yeni ada Kopenhagen Universitetinin coğrafiya elmləri və təbii sərvətlərin idarə edilməsi professoru Rasch-in sözlərinə görə, əsasən yarıqlardan və çınqılla dolu təpələrdən ibarətdir. Rasch, adanın böyük fırtınalar nəticəsində dənizin dibində yığılmış materialların tədricən itələnməsi nəticəsində yarandığını düşünür.

“Adanın nə qədər mövcud olacağını heç kim bilmir” deyən Rasch, yeni şiddətli fırtınanın qısa müddətdə adanı məhv edə biləcəyini qeyd edib.

Adanı kəşf edən elmi komanda, yeni adanın qrenland dilindən (ən şimal diyar) tərcümə olunan, “Queqertag Avannarleg” adlandırıb.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar