Xəbərlər
İlk kosmik turistlər Yerə qayıdıb

Bəli, bu artıq mümkündür! Space X-in kosmosa ilk turist uçuşu uğurla başa çatdı. Bundan sonra kosmos turizmi daha da davamlı olacaq.
Burdan Bura xəbər verir ki, heç biri peşəkar astronavt olmayan ekipaj yerə qayıdıb. Onlar üç gün kosmosda uçub. Təcrübələr və müşahidələr üçün gəmi xüsusi olaraq günbəzli panoramik bir pəncərə ilə təchiz olunmuşdu. İsti qalxan və dörd paraşüt isə yerə enmək üçün quraşdırılmışdı. Kapsul Atlantik okeanında yerə enib və heyət özünü çox yaxşı hiss edir.
Missiya xeyriyyəçilik məqsədi daşıyırdı. Ekipajda milyarder Jared Isaacman da var. O missiyanın təşəbbüskarı olan və bunun üçün bütün xərcləri ödəyən şəxs idi. Xərclərin nə qədər olduğu isə bilinmir. Digər 3 kosmik turist: uşaq xəstəxanasının işçisi və yeri gəlmişkən, kosmosda olan ən gənc amerikalı qadın Hayley Arceneaux, Amerika Hərbi Hava Qüvvələrinin mühəndisi Christopher Sembroski və kollec professoru Sian Proctor idi.

-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Jurnal2 il əvvəl
Şahdağ zirvəsi
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…