fbpx
Connect with us

Xəbərlər

“USAİD” ilə Şəki destinasiya menecmenti təşkilatının rayonlara səfəri baş tutub

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan nümayəndələri (USAİD) ilə Şəki Destinasiya Menecmenti Təşkilatının rayonlara səfəri baş tutub.

Cari ilin yay fəslində turizmə cəlbə olunması üçün təklif edilən istehsalçı qadın qrupları və icmalarla yaxından tanış olunub. Səfər çərçivəsində Şəkinin Baş Küngüt kəndində çörəkçi xanımlar, Biogarden aqro-turizm bağı, at turları ilə aktiv -sağlam turizmi təşkil edən “Kiş Adası” istirahət mərkəzi, Balakənin Qabaqçöl kəndində qadınların yaratdığı “Novruz” şirniyyat evi, Zaqatalanın Qazangül qəsəbəsində çay fermerləri və çay fabriki təqdim olundu.

Regionumuzdan qranta müraciət edənlər arasında artıq 3 nəfərin müraciəti qəbul olmuş, 1-ci mərhələni keçmişdir. Növbəti mərhələlər üçün proses davam etdirilir.

Qrant qalibləri müəyyən avadanlıq və ləvazimatlarla təmin olunacaqlar ki, bu da icmaların biznesini inkişaf etdirməyə, turistlərə aqro-turizm xidmətləri göstərməyə köməklik göstərəcək.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar