Xəbərlər
Hava şarlarında stratosferə uçmaq mümkün olacaq

Stratosfer şarları tezliklə ulduzlara səyahət üçün növbəti variant olacaq.
ABŞ-ın “World View” şirkəti yeni layihəsini təqdim edib. Bu, səkkiz sərnişin daşıya bilən futuristik kapsuldur. Nəhəng şar onu stratosferə (30 km) qaldırır.
Qeyd edilir ki, bu, kosmosun rəsmi sərhədini keçmək üçün kifayət etmir (o, 100 km hündürlükdə təsdiq edilib), lakin mavi planetdən və onun digər tərəfindəki mütləq qaranlıqdan zövq almağa imkan verəcək.
Uçuşun altı saatdan səkkiz saata qədər davam edəcəyi gözlənilir.
Startapın baş direktoru Rayan Hartman bildirib ki, onun şirkəti 2024-cü ildə ilk şarları havaya buraxmağı planlaşdırır. Turist üçün buraxılışın qiyməti 50 min dollardır. Bu, “Blue Origin” və “Virgin Galactic” kosmik turizm şirkətlərinin qiymətlərindən xeyli aşağıdır.

-
Jurnal3 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər4 il əvvəl
Rəna Kərimova
-
Jurnal3 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəl
Orxan Rzayev
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Xəbərlər5 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal3 il əvvəl
Şahdağ zirvəsi
-
İdman3 il əvvəl
Futbol 90 dəqiqə deyil…