Xəbərlər
Regionlardakı hotellərdə demək olar ki, boş yer yoxdur
“Yeni ilin yaxınlaşması ilə əlaqədar Azərbaycanın regionlarındakı otellərdə demək olar ki, boş yer yoxdur”.
Bunu Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi deyib.
“Ən məşhur turizm destinasiyalarında yerləşən otellərimizdə keçən həftənin sonuna yerlərin artıq 70-80 %-i bron edilmişdi. Düşünürəm ki, bu günkü tarixə yəqin ki, yer tapmaq olmaz. Otellərimizin müştəriləri əsasən ölkə vətəndaşlarıdır. Çünki koronavirus (COVID-19) pandemiyasına görə təyyarələrə biletlər əvvəlki vaxtlarla müqayisədə xeyli bahadır, üstəlik Azərbaycana daxil olmaq üçün xüsusi prosedurlardan keçmək lazımdır. Odur ki, ölkəyə xaricdən gələn də azdır, ölkədən xaricə gedən də azdır və vətəndaşlarımız yerli turizm obyektlərinə üz tutublar”, – deyə o qeyd edib.
Bununla belə, Samir Dübəndinin sözlərinə görə, 2022-ci ili otellərdə qarşılamaq, Yeni il şənliklərində iştirak etmək ötən illə müqayisədə 10-15% baha başa gəlir: “Bu da başadüşüləndir. Çünki istehlak mallarının qiymətlərində artım var və təbii olaraq otellər də qiymətləri artırıblar. Nəzərə almaq lazımdır ki, yeni il şənlikləri təkcə gecələmədən ibarət deyil. Banketlərin qiymətləri ərzaq məhsullarının qiymətlərinə bağlıdır. Biz otellərdə qiymətlərin daha çox artmasını gözləyirdik. Amma otelçilər çətinliklə də olsa, qiymətləri müəyyən həddə saxlaya biliblər”.
Mənbə: @report.az
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…