fbpx
Connect with us

Xəbərlər

Tailand, paytaxtı Banqkokun adını dəyişir

Taylandın paytaxtı Banqkok bundan sonra tarixi adı ilə “Krung Thep Maha Nakhon” adlandırılacaq.

Burdan Bura TASS-a istinadən xəbər verir ki, Tailand Kral Elmi Şurası ölkə paytaxtının rəsmi adının Banqkokdan “Krung Thep Maha Nakhon”-a dəyişdirilməsini elan edib.

Ölkələrin, ərazilərin, inzibati zonaların və paytaxtların adlarının “mövcud vəziyyətə uyğun olması üçün” yenilənməsi layihəsi ötən gün ölkənin Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Banqkokun yeni adı xüsusi komitə tərəfindən nəzərdən keçirildikdən sonra qəbul ediləcək.

Həm Banqkokdan, həm də Krung Thep Maha Nakhondan istifadə oluna biləcəyi vurğulansa da, Krung Thep Maha Nakhon rəsmi ad olarsa, Banqkok mötərizədə qalacaq.

Krung Thep Maha Nakhon tay dilindədir. Banqkok tarixən ingilis adı olub və 2001-ci ildə rəsmi status alıb.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar