fbpx
Connect with us

Xəbərlər

Xocalı şəhidlərini anmaq üçün İlan dağına yürüş edilib

Azərbaycan və Türkiyədən olan dağçılar Xocalı şəhidlərini anmaq üçün Naxçıvan MR-da yerləşən İlan dağına yürüş edib.

Bakı, Naxçıvan və Türkiyədən olan 40-a yaxın dağçının bölgənin ən çətin dağlarından biri olan İlan dağının zirvəsinə qalxaraq zirvədə anma mərasimi keçiriblər.

Bir dəqiqəlik sükutla başlayan mərasimdə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib. Mərasimdə “Xocalı şəhidlərini rəhmət, minnət və hörmətlə yad edirik” yazılmış pankart, Türkiyə və Azərbaycanın bayraqları açılıb.

Təxminən 7 saatlıq dırmanışdan sonra zirvəyə çatan komanda, eniş başladıqdan 4 saat sonra İlan dağının ətəyindəki Qal kəndində proqramı bitirib.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar