fbpx
Connect with us

Xəbərlər

Meşədə gəzən ailə ayı ilə qarşılaşıb

Bir neçə gün öncə meşəyə gəzintiyə çıxan “Brightonpeachy” ailəsi ayı ilə rastlaşıblar. Hadisə Kanadanın Whistler şəhərində baş verib. Onlar sosial media hesablarında görüntüləri paylaşıb və ayı ilə qarşılaşan zaman nə etməli olduğunuzu izah ediblər.

“Uşaqlarım yanımda olduğu üçün ayı tərəfindən hücuma məruz qalmaqdan çox qorxurdum və özümü çarəsiz hiss edirdim. Ayı bizdən heç qorxmurdu, sadəcə bizi izləməyə davam edirdi. Əvvəlcə onun getdiyi yolun üstündə olduğumuzu düşündük, lakin sonra bizi təqib edib-etmədiyini müəyyən etməyə başladıq. 6 yaşındakı uşağım çöldə çox rahat olduğu üçün vəziyyəti ciddi qəbul etmirdi. Biz sonradan öyrəndik ki, ayıların aqressiv davranışları artdığına görə bir neçə dəfə bu ərazini bağlamalı olublar.

Nəhayət, digər gəzəyənlərlə qarşılaşdıq və onları xəbərdar etdikdə nə edəcəklərini bilmirdilər, ona görə də düşündüm ki, ayı ilə qarşılaşsanız nə etməli və etməməli olduğunuzu bölüşüm”.

Gələcəkdə sizə yararlı olacağını düşünürsünüzsə bu postu yadda saxlamağı unutmayın.

🐻 Bütün qidaları və ətirli məhsulları (losyonlar və ya diş pastası kimi) qutularda düzgün şəkildə saxlayın.
🐻 Qruplarla səyahət və gəzinti etməyə çalışın.
🐻 Gəzinti zamanı səs-küy yaradın və ya üzərinizdə ayı zəngi daşıyın.
🐻 Ayı spreyi daşıyın və ondan necə istifadə edəcəyinizi bilin

Ayı görsəniz qətiyyən bunları etməyin:

❌ Ayıya yaxınlaşmayın
❌ Ayını qorxutmayın
❌ Qışqırıb qaçmayın
❌ Arxanızı ayıya çevirməyin
❌ Ayı və onun balaları arasında getməyin.

Ayı görsəniz nə etməlisiniz?

✅ İlk öncə sakit olun
✅ Kiçik uşaqları qucağınıza götürün
✅ Ayıya varlığınızı və nahar deyil, insan olduğunuzu bildirin.
✅ Yavaş-yavaş ayıdan uzaqlaşın və yan tərəfə keçin
✅ Özünüzü mümkün qədər böyük göstərin
✅ Təhlükəsizlik qapağını çıxararaq ayı spreyini hazır vəziyyətə gətirin.
✅ Əgər qonur ayı və ya qrizli tərəfindən hücuma məruz qalsanız, özünüzü ölülüyə vurun. Əllərinizlə boynunuzu örtün, ayaqlarınızı bir-birindən ayıraraq üzü üstə uzanın. Qara ayı (Baribal) hücum edərsə, müqavimət göstərin.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar