fbpx
Connect with us

Xəbərlər

Quba və Qusar rayonlarında dağ turizm marşrutlarının cığırları işarələnib

Dövlət Turizm AgentliyiAzərbaycan Turizm Bürosu tərəfindən “Şimal və Şimal Qərb regionunda dağ turizm marşrutlarının tədqiqi və cığırların işarələnməsi” layihəsi çərçivəsində Quba və Qusar rayonlarında dağ turizm marşrutları işarələnib. Quba Destinasiya Menecmenti Təşkilatının iştirakı ilə həyata keçirilən layihədə 3 ədəd Quba və 3 ədəd Qusar rayonu olmaqla toplam 6 ədəd dağ turizm piyada marşrutları hazırlanıb.

Bunlar Quba rayonu üzrə Xınalıq – Qalaxudat (8.2 km), Qalaxudat – Qrız (9.3 km), Qrız – Qrızdəhnə (8.5 km), Qusar rayonu üzrə isə Şahdağ Turizm Mərkəzi – Laza (4.7 km), Laza – Kuzun (6.5 km) və Kuzun – Yerğikek (8 km) marşrutlarıdır.

Marşrut boyu quraşdırılmış nişanlar xüsusilə aktiv turizm fəaliyyəti ilə məşğul olan turistlər üçün həmin cığırların izlənilməsi, marşrutun çətinlik dərəcəsi və ümumi məsafə haqqında məlumatları özündə əks etdirir.

İşarələnmiş marşrutlar ətrafda yerləşən turizm məhsulları və xidmətlərinə əlçatan məsafədə seçilib.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar