Resat Ötüken
Doğum tarixi: 13 oktyabr
Sosial şəbəkə hesabları:
Instagram: @resat_otuken
Facebook: Resat Ŏtūken
Resat Ötüken qaynaqçı, eyni zamanda “Out Of The Wild” düşərgə qrupunun yaradıcısı və rəhbəridir. Təbiətlə tam baş-başa qalmaq, dəmir döymək, bıcaq və meşələrdə təbii sığınacaqlar düzəltmək, etnik alətlər, etnik dəri və geyim işləri hazırlamaq, təbiətdə sağ qalmaqla bağlı kitablar oxumaq, etnik biliklərə, qədim xalqların yaşam üsullarına yiyələnmək, outdoor yeməkləri hazırlamaq Resatın hobbiləridir.
Resat düşünür ki, insan təbiətdən uzaqlaşıb komforta can atdıqda zəifləyir, rahatlığını düşündükcə təbiəti və gələcək yaşamı, gələcək nəsilləri məhv edir. “Matt Graham”ı tanıdıqdan sonra “bushcraft” Resatın həyatının ayrılmaz hissəsi oldu. Resat eyni zamanda qızı Börte ilə 1yaşından təbiətə və düşərgələrə çıxır.
Ömrünün bütün yay aylarını təbiətdə keçirib, uşaqlıqdan ayaqyalın və çılpaq gəzməyi sevirdi. Yay günlərini giləməyvə, çay daşı toplamaqla, heyvan izlərini izləməklə, ilkin üsullarla quş və balıq ovlamaqla (sapan və əldə toxuduğu kiçik torlarla), həmçinin heyvan naxırlarına qatılmaqla keçirirdi. Yeniyetməlikdən solo yürüşlərə çıxmaq, soyuq silahlar və sığınacaq düzəltmək hobbisinə çevrildi. Uzun müddət sonra dostlarının təkidi ilə qrup şəklində təbiətə çıxmağa qərar verdi. Və nəhayət dostları ilə birlikdə “Out Of The Wild” qrupunu yaratdılar.
Hazırda qrup rəhbəri olaraq məqsədi insanlarla qeyri-kommersiya məqsədli düşərgələr həyata keçirmək, insanları soyuğa, palçığa, yağışa, küləyə, çətinliklərə qarşı gəlib, təbiətdən ayrı düşməməyi aşılamaqdır. Həmçinin insanları komfortdan uzaqlaşdırmaq niyyətindədir. Resat yürüşlərdə deyinən iştirakçıları kol-kosa, palçığa, çətinliklərə salmağı sevir.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…