fbpx
Connect with us

Xəbərlər

Alice Morrison 675 km-lik “İordaniya cığırı”nı tamamlayıb

Alice Morrison dekabrın əvvəlində vəhşi itin dişləməsi nəticəsində ilk cəhdi uğursuz olan 675 km-lik “İordaniya cığırı”nı (Jordan Trail) başa vurub. Bir neçə mövcud cığırları 75 kənddən keçən bir meqa cığırda birləşdirən marşrutu tamamlamaq ona və bələdçisi Muther Al Titiyə 40 günə başa gəldi.

Morrison yürüyüşə şimalda, Um Qaysda başladı və cənuba Qırmızı dənizə doğru irəlilədi.

O, marşrutu 35 günə bitirməyi planlaşdırmışdı, lakin ilk günündə it onu dişləyərək ayağında dərin yara əmələ gətirmişdi. Doqquz gün müalicə olunduqdan sonra o, dekabrın 12-də yenidən yürüyüşə başlayıb.

Gəzintini başa vurduqdan sonra o, bunu təsəvvür etdiyindən daha çətin olduğunu etiraf edib. Yenidən başladıqdan sonra ilk 10 gün xüsusilə çətin olub. O, Atlas Dağları və Sahara üzərindəki əvvəlki ekspedisiyalarından sonra ərazini kifayət qədər asan tapacağını güman edirdi. Lakin, tezliklə cığırı düzgün qiymətləndirmədiyini anlayır.

Morrison bu yürüyüşü heç bir rekord qırmaq və ya yeni bir marşrut qurmaq üçün etmədiyini deyib. Hər il bir neçə nəfər “Jordan Trail” cığırını keçir və daha çoxu bunu hissə-hissə edir.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar