fbpx
Connect with us

Xəbərlər

Okeaniyanın ən hündür vulkanına ilk Azərbaycan ekspedisiyası

Papua Yeni Qvineyada yerləşən, Okeaniyanın ən hündür vulkanı olan “Mount Giluwe”yə (4368 m) ilk Azərbaycan ekspedisiyası uğurla tamamlanıb və üçrəngli bayrağımız zirvədə dalğalanıb.

Burdan Bura xəbər verir ki, bu barədə ekspedisiya iştirakçıları sosial şəbəkə hesablarında məlumat paylaşıblar. Ekspedisiyada Baba Ağayev, qardaşı Rasim Ağazadə, Zülfüqar İsmayılzadə və Cavid Məmmədov iştirak edib. Bu ekspedisiya Baba Ağayevin “7 vulkan” siyahısında 5-ci vulkan oldu. O daha öncə, 2020-ci ildə Şimali Amerikanın ən hündür vulkanı, Meksikada yerləşən Orisabada (5636 m) olub.

Qeyd edək ki, Giluwe (4368 m) Avstraliya və Okeaniyadakı ən yüksək vulkandır. Yeni Qvineya adasının şərq hissəsinin mərkəzində yerləşir. Zirvəyə gedən yol qismən cəngəllikdən, qismən də yaş, alp tipli çəmənliklərdən keçir. Marşruta indiyədək çox az səfər edildiyi üçün infrastruktur qurulmayıb. Bələdçi olmadan yolu tapmaq asan deyil və mütləq rütubət şəraitində otlu yamaclar ciddi təhlükə ilə doludur.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar