fbpx
Connect with us

Xəbərlər

Füzulidə yarım ilə Beynəlxalq Hava Limanı

Bir neçə gündür Azərbaycanda səfərdə olan aviabloger Alex Cheban bloq və sosial şəbəkə səhifələrində tikilməkdə olan Füzuli hava limanı haqqında yazıb və fotolar paylaşıb. Burdan Bura sizi həmin mətnin Azərbaycan dili tərcüməsini təqdim edir. Mətnlə rus dilində tanış olmaq üçün onun səhifəsinə və ya bloquna keçid alın.

“Yarım ilə yeni hava limanı? Bu yalnız Azərbaycanda mümkündür! Bu dəfə Azərbaycana gəlişimin əsas məqsədi Qarabağda rekord müddətdə tikilən yeni Füzuli hava limanı idi. İnşaat işləri yanvar ayında başlayıb və hava limanı ilk uçuşunu sentyabr ayında edəcək!
Tikinti prosesi zamanı hava limanı komplekslərini ilk dəfə ziyarət etmirəm, amma burada inşaat sürəti həqiqətən təəccüblüdür! Uçuş-enmə zolağı demək olar ki, hazırdır və terminalın bazası tamamilə yığılmışdır, karkasın tikintisinə başlanılmışdır və idarəetmə qülləsi də artıq tikilməkdədir.

Bu hava limanı Qarabağ ərazisindəki ilk vacib infrastruktur obyektinə çevriləcək, tikintinin prioriteti çox yüksəkdir, buna görə də ilk uçuşun sentyabrda baş tutacağına şübhə etmirəm. Əlbətdə ki, hazırda sərnişin axını və bu hava limanının əhatə edəcəyi coğrafiya ilə bağlı müəyyən şübhə və suallar yaranır. Real proqnozlara görə, Füzuli hava limanından müntəzəm marşrutlar yaxın üç-beş il ərzində baş tutacaq və 100-150 km radiusda yaşayış məntəqələrini əhatə edəcəkdir. Bölgənin turizm potensialı, çox güman ki, on il üçün təxmin edilir.

Qarabağın azad edilmiş əraziləri indi tamamilə cansız bir məkana bənzəyir, lakin buradakı inkişaf planları da möhtəşəmdir. Dağıdılmış binaların qalıqları arasında hərəkət edərkən, vaxtaşırı olaraq həyatı dəstəkləyən ən son müasir infrastruktur obyektlərini – elektrik stansiyalarını, tikinti zavodlarını görürsünüz və bunların hamısı cəmi 6-8 ay ərzində tikilib! Bölgənin mərkəzinə çevriləcək və çox maraqlı bir müasir layihəyə əsasən “sıfırdan” tikilən Ağdam şəhərini də ziyarət etdim, bu barədə növbəti reportajda danışacağam”.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar