Xəbərlər
Keçmiş futbolçu yarıçılpaq halda -19 dərəcə soyuqda dağa çıxıb

Alman futbolçu Andre Şürrle Çexiya və Polşa sərhədində yerləşən Snejka dağına çıxıb. Dağın hündürlüyü 1603 metrdir.
Futbolçu dağdan düşdükdən sonra qeyd edib: “Son dəqiqələrdə heç nə hiss etmirdim və davam etmək üçün içimin dərinliklərində bir şeylər tapmalı idim. Mənfi 19 dərəcə soyuqda bir tərəfdən külək əsir, bir tərəfdən də yağış və qar yağırdı. Başa düşdüm ki, mən və bədənim düşündüyümdən daha güclüdür”.
Qeyd edək ki, almaniyalı yarımmüdafiəçi Andre Şürrle iki il əvvəl 29 yaşında gözlənilmədən karyerasını başa vurdu. O, Almaniya ilə 2014-cü ildə Dünya Kuboku çempionu və “Çelsi” ilə Premyer Liqanın qalibi olub.



-
Jurnal3 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər4 il əvvəl
Rəna Kərimova
-
Jurnal3 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Xəbərlər5 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəl
Orxan Rzayev
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Jurnal3 il əvvəl
Şahdağ zirvəsi
-
İdman3 il əvvəl
Futbol 90 dəqiqə deyil…