
Azər Qəribov
Doğum tarixi: 22 may, 1961
Təhsili: Azərbaycan Dövlət Universiteti (BDU)
Sosial şəbəkə hesabları:
Instagram: @azergarib
Facebook: Azer Garib
Turizm, səyahət dedikdə hər birimizin ağlına ilk gələnlərdən biri də uşaqlığımızın verilişini aparan Azər Qəribovdur. O, 22 may 1961-ci ildə Bakı şəhərində anadan olub. Dünyanın 100-ə qədər ölkəsində olmuşdur. İlk dəfə 12 yaşında səyahətə çıxıb.
1968-ci ildə Bakı şəhər 134 saylı orta məktəbində təhsilinə başlamış, 1978-ci ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il Azərbaycan Dövlət Universitetinin Tərcüməçilik fakültəsinə daxil olmuş və 1983-cü ildə ali təhsilini başa vurmuşdur.
Azərbaycanın bir çox tanınmış telekanalında işləmişdir. Onun hazırladığı “Qərib Azər” verilişi 9 mart 2003-cü ildə efirə çıxmış və düz 10 il fasiləsiz olaraq hər bazar günü yayımlanmışdır.
Bir müddət Lider TV-də “Oralar” deyə adlandırdığı TV proqram ilə televiziya tamaşçılarının qarşısına çıxmışdır. Tamaşaçılar tərəfindən proqram rəğbətlə qarşılanmışdır.
Sosial şəbəkələrin, internetin belə populyar olmadığı illərdə “Oralar”ı bizə tanıdan, sevdirən şəxsdir Azər Qərib.
Azər Qəribov 2020-ci il avqust ayından “Azərbaycan turizm blogerləri assosiasiyası”nın sədridir.
-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər4 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ