fbpx
Connect with us

Mayıl Məmmədli

Doğum tarixi: 14 iyul, 1997
Təhsili:  Budapeşt Korvinus Universiteti
Sosial şəbəkə hesabları:
Instagram: @yol.adami
Facebook: Mayıl Mammadli

“Yol Adamı” kimi tanınan həvəskar səyahətçi Mayıl Məmmmədli 14 iyul 1997-ci ildə anadan olub. Artıq 4 ildir ki, Avropada yaşayır. 2 il master təhsilini Budapeştdə aldıqdan sonra orada qalıb iş imkanlarını dəyərləndirib. Hazırda “Vodafone” şirkətində maliyyə analitiki vəzifəsində çalışır.

İşindən əlavə səyahət etməyi, getdiyi yerləri və bildiyi faydalı bilgiləri ətrafındakı insanlarla paylaşmağı çox sevir. 2 ildən çoxdur ki, İnstaqramda istifadə etdiyi @yol.adami hesabından indiyədək olduğu 19 ölkə və gəzdiyi 42 şəhər haqqında məlumatları mütəmadi olaraq paylaşır.

Bundan əlavə artıq 1 aydan çoxdur ki, eyni adlı “Youtube” kanalı da açıb. O, kanalında artıq Sloveniyadan 1, Fransadan isə 3 vloq yayımlayıb. Yaxın həftələrdə yeni şəhərlər və ölkələrlə davamı da gələcək. Yol adamı kanalına abunə olub dəstək ola bilərsiniz. Mayıl bütün səhifə izləyicilərinə bolluca səyahət və ömürlük qalacaq xoş xatirələr arzulayır. Necə deyərlər, həmişə gəzməkdə!

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar