fbpx
Connect with us

Sürəyya Axundova

Sosial şəbəkə hesabları:
Instagram: @surayya.akhundova

Sürəyyə Axundova turizm şirkətində, direktor vəzifəsində çalışır. Həmçinin səyahət dostumuzun şəxsi firması da var.

Sürəyya ümumilikdə 25 ölkə və 52-dən çox şəhərə səyahət edib. Səfərlərinin əksəriyyəti işinin səmərəliyi ilə baş tutub. İtaliyaya 3 dəfə səfər edib və ən sevimli şəhəri də məhz bu ölkədə yerləşən Romadır. Onun Avropaya səfəri də ilk dəfə İtaliyaya, Milan şəhərinə olub. Lakin dediyinə görə bu şəhəri heç sevməyib.

Sürəyya Axundovanın başına gələn ən maraqlı hadisələrdən biri də İtaliyada baş verib. Venesiyaya gedərkən xəbərdarlıqlara baxmayaraq yağışın yağdığını zənn edib və şəhərə çatdıqda belə kimi olan suyun içərisində gəzib.

Pandemiya dövründə əksər səyahətçilər kimi Sürəyya xanım da bölgələrimizi gəzərək ölkənin turizm potensialını daha da dərindən öyrənib. Pandemiyadan sonra isə ilk səfəri Misirə olub. Daha sonra isə səyahətinə Şimali Kipr Türk Respublikası ilə davam edib.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar