Xəbərlər
Turizmçilər Türkiyə üçün yardım kampaniyasına başlayıb

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Diplomatik nümayəndəlikdən bildirilib ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.
Bu müraciətdən dərhal sonra Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının rəhbərliyi və üzvlərinin təşəbbüsü ilə turizmçilər Türkiyəyə yardım kampaniyasına başlayıb.
Toplanan məbləğ çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, uşaq qidaları, uşaq bezləri, əl fənəri, generator, poverbank, təmizlik alətləri kimi lazım olan əşyaların alınması üçün xərclənəcək.
İanə etmək və ya əşyalarla təmin etmək istəyən turizmçilər +994502123696 nömrəsi ilə əlaqə saxlaya bilər.
Mənbə: Turizmplus.az

-
Jurnal3 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər4 il əvvəl
Rəna Kərimova
-
Jurnal3 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Xəbərlər5 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəl
Orxan Rzayev
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Jurnal3 il əvvəl
Şahdağ zirvəsi
-
İdman3 il əvvəl
Futbol 90 dəqiqə deyil…