fbpx
Connect with us

Jurnal

Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!

Bazardüzü dağının şərqində olan bu adsız yüksəkliyi artıq hamı Zəfər zirvəsi kimi tanıyır. Bazardüzü zirvəsindən (4466 m) təxminən 1,5 km aralıda, Azərbaycan-Dağıstan (Rusiya) sərhədində yerləşir. 2021-ci il fevral ayında zirvəyə «Zəfər Azərbaycanındır» adlı ekspedisiya təşkil edilib.

Şanlı Azərbaycan Ordusunun 44 günlük hərbi əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli sərəncamına əsasən 8 Noyabr Azərbaycan Respublikasında «Zəfər günü» kimi təsis olunmuşdur. Bu münasibətlə Bazardüzü zirvəsindən şərqdə yerləşən 4301m hündürlükdəki adsız yüksəkliyə «Zəfər zirvəsi» adı verilməsi ilə bağlı lazımı icazələr alınıb və «Zəfər Azərbaycanındır!» adlı ekspedisiya təşkil edilib. Çətin qış şərtlərində həyata keçirilən ekspedisiya 10 gün davam edib. Azərbaycan Ordusunun, «Qartal Dağçılıq İdman Kulubu»nun və müstəqil alpinistlərin də daxil olduğu ekspedisiyada 13 nəfərlik komanda üzvləri 9 fevral 2021-ci il (saat 14:50) tarixində zirvəyə çıxıb və xüsusi hazırlanmış zirvə lövhəsini quraşdırıblar.

Çətin qış şərtlərində həyata keçirilən ekspedisiya 10 gün davam edib. Azərbaycan Ordusunun, “Qartal Dağçılıq İdman Kulubu”nun və müstəqil alpinistlərin də daxil olduğu ekspedisiyada 13 nəfərlik komanda üzvləri 9 fevral 2021-ci il tarixində zirvəyə çıxıb və xüsusi hazırlanmış zirvə lövhəsini quraşdırıblar.

Zirvə zirvəsi ekspedisiyasının iştirakçıları

Zal Eldar Oğlu Nəbiyev, (ekspedisiya rəhbəri Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının polkovnik-leytenantı)
Rüfət Cəfər Oğlu Qocayev, (Qartal Dağçılıq İdman Klubunun rəhbəri (QDİK))
Sirxan Çərkəz Oğlu Məmmədov, (Respublika Alpinist Turist Klubu (RATK))
Ülvi Barzul Oğlu Məmmədli, (Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş leytenantı)
Ravil Məhərrəm Oğlu Xalafov, (Climber (İK))
Kozlov Aleksey Viktoroviç, fotoqraf (QDİK)
Nizami Rasim Oğlu Nuriyev, (QDİK)
İsmayıl Dəmir Oğlu Əsgərov, (QDİK)
Neymət İzzət Oğlu Ağayev, (QDİK)
Nima Həsən Oğlu Şahməhəmmədi Xiyavi, (QDİK)
Toğrul İlham Oğlu Cəfərov, (Tufan Dağçılıq Klubu (TDK)
Aida Akif Qızı, Abdullayeva, (QDİK)
Zəfər Vaqif Oğlu Rəhmanov, (Şahdağ Hidrometeoroloji Tədqiqat Mərkəzinin Direktoru)

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar