fbpx
Connect with us

Xəbərlər

Tasman dənizi ikinci dəfə kayakla tək keçildi

Avstraliya və Yeni Zelandiya arasında yerləşən Tasman dənizi Riçard Barnes tərəfindən keçilib. O 2000 km məsafəni uğurla tamamlayıb.

62 yaşlı Riçard 67 gün dənizdə qaldıqdan sonra Yeni Zelandiyaya çatıb. O, səyahətinə Avstraliyadan, Tasmaniya adasının paytaxtı Hobartdan başlayıb.

Bu, Barnesin dənizi keçmək üçün ikinci cəhdi idi. Siklon səbəbiylə 2021-ci ildə 75 gündən sonra səyahətini yarımçıq qoymuşdu.

Riçard bu dəfə marşrutunu bir qədər fərqli etdi. O, daha əvvəl Avstraliyadan Yeni Zelandiyanın Şimal adasındakı Yeni Plimuta səyahət etmişdi. Bu dəfə isə fərqli marşrut seçərək Hobartdan Yeni Zelandiyanın cənubundakı Rivertona üz tutdu.

Marşrutun xəritəsi. Foto: Lane Cove River Kayakers

Küləyin dəf olunması

Əksər uzun məsafəli kayak gəzintilərində olduğu kimi, Barnesin gəmisi də mağazada satın alınan adi bir gəmi deyildi. “Blue Moon” xüsusi olaraq Barnes tərəfindən tikilib dizayn edilib. Onun üç əsas bölməsi var idi. Birincisi paltar qurutmaq, yatmaq və elektron cihazlardan istifadə etmək üçün nəzərdə tutulmuşdu. İkincisi yemək və paltar dəyişmək üçün, üçüncüsü isə kabin idi. Uzunluğu 10 m olan kayakın çəkisi Barnes səyahətə çıxanda 600 kq idi.

Bu da maraqlıdır: Kanadalı musiqiçi kayakla səyahətə çıxır

Səyahətinin ilk günlərində o, daim küləklə mübarizə aparırdı. “Bəzən GPS-im irəliləyiş olub-olmadığını təyin edə bilmirdi ya da mən həqiqətən geriyə doğru hərəkət edirdim” – Riçard Barnes.

O, Tasmaniya sahilləri boyunca hərəkət edərkən, bir neçə dəniz kayakçısı və dostları müəyyən hissələrdə ona qoşulurdular. Dördüncü günün sonunda bacısı ilə sonuncu dəfə sağollaşdı və bundan sonra dənizdə iki ay tam təklikdə qaldı.

Riçard Barnes. Foto: A. Dawson/Lane Cove River Kayakers

Tənha doğum günü

Ekspedisiyanın başlanğıcında Barnes 62 yaşını və səyahətin ilk 30 000 avar çəkməyini qeyd etmişdi. Daha bir mühüm məqam 40-cı gündə baş verdi. Əvvəlki cəhdində o Avstraliyaya qayıtmalı idi. İndi isə o, “naməlum əraziyə” gedirdi. Böyük dalğalar və güclü küləklər onu vaxtaşırı öz kabinəsinə sığınmağa məcbur edirdi.

Riçard Barnes dənizdə. Foto: A. Dawson/Lane Cove River Kayakers

Gündə təxminən 10 saat avar çəkən Barnes bədəninə ziyan vururdu. Cəmi 22 gündən sonra daimi oturmaqdan ayaqlarındakı əzələlərin demək olar ki, daraldığını hiss edirdi. İki aydan sonra isə onun hava ilə doldurulmuş oturacağı 50 mm-dən 5 mm qalınlığa qədər kiçildi.

Barnes Tasman dənizini kayakla solo keçən ikinci şəxsdir. Dəniz ilk dəfə Justin Jones və James Castration tərəfindən 2008-ci ildə keçilib. Scott Davidson isə 2018-ci ildə ilk solo avarçəkən adını qazanıb.

Mənbə: Solo Kayak Across Tasman Sea Completed

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar