fbpx
Connect with us

Xəbərlər

Dağçıların 20 günlük Nepal ekspedisiyası başa çatıb

Dağçıların 20 günlük Nepal ekspedisiyası başa çatıb

Azərbaycanlı dağçılar Qərib TağızadəFariz Rəhimov 20 günlük Nepal ekspedisiyasını başa çatdıraraq geri dönüblər.

Onlar 14 saatlıq Katmandu – Dubay – Bakı reysi ilə vətənə gəliblər. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında dostları, Nurlan Xudazarov və Elnur Xankişiyev dağçıları qarşılayıb.

Bu da maraqlıdır: Azərbaycanlı alpinist Nepalda ilk dəfə zirvə fəth etdi

“Katmanduda Azərbaycan Alpinizm Federasiyasının Baş katibi İsrafil Aşurlı ilə görüşdük. O, bizi uğurlu zirvə münasibətilə təbrik etdi. İsrafil Aşurlı Fariz Rəhimovun 5800 metrdə oksigen çatışmazlığı səbəbilə zirvəyə dırmana bilməsə də, ümumi komanda işi olaraq əla iş ortaya çıxardığımızı dedi. Biz də öz növbəmizdə İsrafil Aşurlını Makalu zirvəsinə səfərinin başlanğıcında ona uğur arzuladıq” – deyə Qərib Tağızadə Burdan Buraya açıqlamasında qeyd edib.

“Bakıya çatdığımızda İsrafil Aşurlı zəng edib, vətənə sağ-salamat çatmağımız münasibətlə təbrik etdi. Həmçinin, bir çox alpinist dostlar da zəng edib təbrik etdilər” – o əlavə edib.

Dağçıların 20 günlük Nepal ekspedisiyası başa çatıb
Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar