fbpx
Connect with us

Xəbərlər

Qusarın Ləzəsindən Qəbələnin Ləzəsinə maraqlı bir keçid edilib

Sirxan Məmmədov və Fərid Novruzi Qusarın Ləzə kəndindən Tufandağın zirvəsinə çıxmaqla Qəbələnin Ləzə kəndinə 2 gün 1 gecəyə maraqlı bir keçid edib.

Sirxan Məmmədovun dediklərinə görə, bu marşrutun klassik variantı Şah yaylaq-Kürvə keçidi-qədim fayton yolu ilə, ən populyar isə Xınalıq kəndindən keçməklə Ləzəyə enməkdir. Qədim fayton yolu vaxtı ilə Qəbələnin Ləzə kəndində Şah yaylağa oradan da Dağıstanın Kuruş kəndinə gedən qədim karvan yolu olub. Biz marşrutun dahada maraqlı olması üçün marşruta Alp stli qatdıq, yəni düşərgə ləvazimatlarımızla bir başa zirvəyə çıxıb oradan da Ləzəyə enmək planı qurduq və belədə etdik. Mahmud dərədə 3100 m bir gecəlik düşərgə qurduq sonra düşərgə ləvazimatlarmızı da yığıb dağın yamacındakı buzlaqdan keçib və ordan da zirvəyə qalxıb dağın cənub yamacına endik.

Marşrut xətti: Ləzə (Qusar) – Qara bulaq – Şah yaylaq – Mahmud dərə – Tufandağ zirvə – Arpalı yaylağı – Dəmiraparan çay – Ləzə kəndi (Qəbələ)
Marşrutun ümümü uzunluğu: 48 km.
Ümümi vaxt 38 saat 50 dəq.
Başlanğıç nöqtə: 1660 m
Maksimum hündürlük: 4191 m
Çətinlik dərcəsi: Çətin
Təhlükə: Dağın şimal yamacındakı buzlaq və buzlaqda olan iri çatlar
Keçilmə vaxtı: İyun-oktyabr

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar