fbpx
Connect with us

Xəbərlər

Abşeron Milli Parkına müntəzəm avtobus marşrutu xətti açılır

Martın 23-dən “Koroğlu” metro stansiyası – Abşeron Milli Parkı və əks istiqamətdə yeni müntəzəm marşrut xətti fəaliyyətə başlayır.

Daşınma xidməti “Zirə bələdiyyəsi nəqliyyat xidməti” MMC tərəfindən həyata keçiriləcək.

Bu da maraqlıdır: Abşeron Milli Parkının yolu təmir olunur

Avtobus marşrutu martın 23-dən martın 26-dək, Novruz tətili günlərində fəaliyyət göstərəcək, sonrakı dövrdə daşınma xidməti, yalnız həftənin şənbə və bazar günlərini əhatə edəcək.

Bir istiqamətdə uzunluğu 68 kilometr təşkil edən, xəttə buraxılacaq 22 yerlik avtobus səhər saat 10:30-da Koroğlu metrosundan yola düşəcək, saat 16:30-da Abşeron Milli Parkından geri qayıdacaq.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar