Xəbərlər
Adsız yüksəkliyə Zəfər Zirvəsi adı veriləcək
Şanlı Azərbaycan Ordusunun 44 günlük hərbi əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli sərəncamına əsasən 8 Noyabr Azərbaycan Respublikasında “Zəfər günü” kimi təsis olunmuşdur.
Bu münasibətlə Bazardüzü zirvəsindən şərqdə yerləşən 4301m hündürlükdəki adsız yüksəkliyə “Zəfər zirvəsi” adı verilməsi ilə bağlı lazımi icazələr alınmışdır. Zirvəyə lövhənin quraşdırılması üçün təşkil ediləcək ilk ekspedisiya “Zəfər Azərbaycanındır!” adlandırılıb.
Azərbaycan Ordusunun, “Qartal Dağçılıq İdman Klubu”nun və müstəqil alpinistlərin də daxil olduğu ekspedisiya 16 nəfərlik komandadan ibarətdir. Təsdiqlənmiş Ekspedisiya iştirakçıları aşağıdakılardır:
1. Nəbiyev Zal Eldar oğlu (ekspedisiya rəhbəri)
2. Qocayev Rüfət Cəfər oğlu (təlimatçı, xilasedici No 283)
3. Məmmədov Sirxan Çərkəz oğlu (təlimatçı, xilasedici No 282)
4. Dadaşov Firuz Asif oğlu (təlimatçı)
5. Məmmədli Ülvi Barzul oğlu
6. Kozlov Aleksey Viktoroviç
7. Nuriyev Nizami Rasim oğlu
8. Əsgərov İsmayıl Dəmir oğlu
9. Ağayev Nemət izzət oğlu
10. Şahmohəmmədi Nima
11. Hacıyev Bəxtiyar İlyas oğlu
12. İbadov Vüqar Fəxrəddin oğlu
13. Xalafov Ravil Məhərrəm oğlu
14. Cəfərov Toğrul İlham oğlu
15. Abdullayeva Aida Akif qızı
16.Şükürov Zaur Məhəmməd oğlu
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…