Xəbərlər
Anar Abbasov: “Türkiyə həqiqi bir turizm ölkəsidir”
Dağçı Anar Abbasov 8 günlük Türkiyə səfəri haqqında sosial media hesablarında paylaşım edib.
“8 günlük Türkiyə turum başa çatdı və artıq vətəndəyəm. Bu müddətdə 2 uzun avtobus səfəri və 3 təyyarə səyahəti etdim. Bakıdan Naxçıvana uçub quru yolla Iğdıra keçdim. Oradan avtobusla Trabzona getdim. Trabzonu gəzdikdən sonra avtobusla İstanbula getdim. İstanbulu gəzdikdən sonra isə təyyarə ilə Iğdıra qayıtdım. Iğdırdan Naxçıvana keçib eyni gündə təyyarə ilə Bakıya qayıtdım. Maraqlı bir səyahət oldu.
Haqqında çox şey bildiyim ölkə təbii olaraq məni qeyri-adi şəkildə təəccübləndirmədi amma bir çox şeyləri yerində gördüm. Ətraflı digər postlarda yazaram. Sadəcə onu deyə bilərəm ki, Türkiyə həqiqi bir turizm ölkəsidir. Ölkənin müxtəlif yerlərində turistlərin görmək istədiyi az-qala hər şeyi tapmaq mümkündür. Mən hələ hər şeyi görməsəm də demək olar az-çox bilgi sahibi oldum. İnşallah gələcəkdə yenə gedib görüləsi hələ xeyli yer var. Növbəti səfərlərədək” – deyə o bildirib.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…