fbpx
Connect with us

Arif Ələkbər (Əli Əkbər)

Doğum tarixi: 14 fevral
Sosial şəbəkə hesabları:
Instagram: @aliakbarphotography
Facebook: Ali Akbar: travel photographer

“Böyüyəndə jurnalist olacam” deyib elə jurnalist də oldu (BDU). 9-cu sinifdən özünə maraqlı olan mövzularda yazıb-pozurdu müxtəlif qəzet və jurnallar üçün. Sonradan bu artıq işə, vəzifəyə çevriləndə marağı da itdi.

Fotoqrafiya, səyahət, bunlarla bağlı yazı-pozu hamısı sırf qəlbinə, ruhuna oksigen verən, heç vaxt onu narazı salmayan bir məşğuliyyətdir.

Səyahət

İlk səfəri ağlı kəsməyən vaxt, məktəbdə oxuyanda olub. Lap yaxınlara, Gürcüstana. Ağ-qara “SMENA” fotoaparatının həmdəmi olduğu vaxtlar. Vaxt ötdükcə ilk səfərinin davamı da çox gəlib: Avropa, Asiya, Amerika, Uzaq Şərq. Amma Afrikaya gəlincə başa düşdü ki, ona olan uşaqlıq sevgisini bildirmək üçün vaxtı çox uzadıb. Afrikada işləyən dostu Elnur, Əliyə Afrikanı sevdirdi. Elə sevdirdi ki, özü oranı tərk etdi, amma Əli Əkbər hələ də oralara get-gəldədi. Niyəsi də vəhşi təbiət eşqi, bilmədiklərini araşdırıb, çəkib göstərmək həvəsidir. Vəhşi təbiətin hər cığırı saatbasaat dəyişir, təbiidir, əzəlidir, poz vermir, arada hürkür, heç adam yerinə də qoymur.

Sonradan Mərkəzi Amerika cəngəllikləri, Himalay, Fuciyama dağları, Qərbi Tibet və s. yerlər də həyatına girincə anlayır ki, oralar da bir aləmdir. Aslanların zebraları böyrü üstə qoymaqlarını çəkmək, kolibri quşunu canlı təbiətdə yemləmək, dəniz səviyyəsindən 4000 metr hündürlükdə yaşayan Himalay mormotlarının forsla gəzişməsindən ləzzət almaq, timsahın antilopla üz-üzə durub ov səhnəsini çəkə bilsin deyə acığa ona dəyməməyindən həm pərişan olmaq, həm də sevinmək, gecə çadırlarının ətrafında kaftarların (giyena) qeybətlərinə qulaq asmaq və daha nələr-nələr. Bunlar Əli Əkbərə qismət olanların bir qismidir. Bu cür cah-cəlaldan sonra necə sevməsin ki, vəhşi təbiəti?

İri şəhərlər, binalar, kafe-restoranlar, mağazalar-filanlar onluq deyil. Oralardan həmişə “Kaş bu dəfə də Afrikaya gedərdim” deyib qayıdıb.

Çəkib-yazdıqlarını toplu şəkildə kitab halına salmaq fikri uzun müddət idi ki, var-gəl edirdi. Nəhayət ilham pərisinə “Hə” dedi, işin yarısı görüldü və pandemiya “buralarda ol!” dedi.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar