fbpx
Connect with us

Xəbərlər

Avropanın ən səs-küylü şəhəri seçilib

Avropanın hansı şəhərini ən səs-küylü adlandırardınız?

Money.co.uk saytının ekspertləri səs-küy səviyyəsi ən yüksək olan Avropa şəhərlərinin adını açıqlayıb. Reytinq tərtib edilərkən əhalinin sıxlığı, avtomobil və hava nəqliyyatı marşrutlarının sıxlığı, əyləncə məkanlarının sayı və s. kimi amillər nəzərə alınıb.

Səs-küy səviyyəsinə görə lider 10 baldan 8,4 göstərici ilə Paris olub. Mütəxəssislər şəhərdə çoxlu sayda tıxacları, dəmir yolunda olan səs-küyü, terras və barları olan restoranların çoxluğunu qeyd edirlər. İkinci yeri London (8,2) tutdu ki, o da intensiv hava nəqliyyatına görə buna layiq görülüb. Üçüncü yerdə – tıxaclar və səs-küy çirklənməsi problemi ilə üzləşən Roma qərarlaşıb (4.9).

Ekspertlər həmçinin ilk onluğa Madrid, Barselona, Mançester, Vyana, Berlin, Birmingem və Milanı daxil ediblər.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar