fbpx
Connect with us

Xəbərlər

Avstraliyada şəxsi dağ əldə edə bilərsiniz

Avstraliyanın Kvinslend ştatında 620 min dollarlıq dağ satışa çıxarılıb.

Daily Mail yazır ki, Brisben şəhərindən 100 kilometr aralıda yerləşən Mount Hallen dağı satışa çıxarılıb. 107,2 hektar torpaq sahəsi olan yüksəkliyi əldə etmək istəyənlər cəmi 620 min Avstraliya dolları (təqribən 768 min manat) ödəməlidirlər. Hallen dağının zirvəsi Wivenhoe gölünə baxır və ora yalnız yolsuzluq avtomobili ilə və ya piyada qalxmaq mümkündür.

Yüksəklikdə geoloqların ərazinin xəritələrini yaratmaq üçün istifadə etdikləri köhnə stansiyadan başqa heç bir infrastruktur yoxdur. Dağın yaxınlığında əsasən evli cütlüklər və yaşlılar yaşayır, ərazidəki gənclərin sayı yüzdə 2,6 % təşkil edir.

Əvvəlki sahibləri dağlarda yaşamaq arzusunda idilər və Mount Hallen dağında qocalar evi tikməyi planlaşdırırdılar, lakin ərazidə belə bir mülk tikmək problemli olduğu üçün başqa yerə köçməyə qərar veriblər. Bununla belə, maklerlərin dediyinə görə, təpədə fərdi ev tikmək üçün əlverişli boşluq var.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar