fbpx
Connect with us

Ayşən Vaqifzadə

Doğum tarixi: 13 iyul, 1997
Təhsili:  Azərbaycan Dillər Universiteti
Sosial şəbəkə hesabları:
Instagram: @laayshgirl
Facebook: Ayşən Vaqifzadə

Ayşən Vaqifzadə 1997-ci ildə anadan olub. 2014- cü il Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Daha sonra təhsilini 2019-cu ildən Bakı Slavyan Universitetinin Diplomatiya fakültəsində davam etdirərək tamamlayıb. Bu illər ərzində Bakı İslam oyunları, Formula1 oyunlarında könüllülük fəaliyyəti olub. Bununla yanaşı bakalavr təhsili zamanı ölkəmizə gələn erasmus tələbələri ilə dil və mədəniyyət günləri təşkil edərək, həm də burada öz xarici dil bacarıqlarını inkişaf elətdirib. Elə həmin illərdən turizm sahəsində işləməyə başlayıb.

Səyahətə olan marağı məktəb illərindən “Youtube”da olan səyahət vloglarını izləməklə başlayıb. Maddi azadlığa çatar-çatmaz isə 23 yaşında öz ilk xarici səyahətini solo səyahət olaraq həyata keçirib. İlk səyahətdən sonra isə səyahət etmədən qala bilmədiyini, səyahətin və turizmin onu xoşbəxt etdiyini deyir. Əsasən tək səyahət etməyi sevir, çünki getdiyi ölklələrdə yerli insanlarla tanış olub, yerli mədəniyyəti onlardan öyrənmək istəyir. İndiyə qədər 6 şəhər, 3 ölkə gəzib. Növbəti səfərini isə Hindistana planlayır.

Yollar və səyahət onu xoşbəxt edən tək şeydir.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar