fbpx
Connect with us

Aytac Musabəyli

Doğum tarixi: 11 yanvar, 1993
Təhsili:  Azərbaycan Dövlət İqtisad Universiteti
Sosial şəbəkə hesabları:
Instagram: @aytacmusabeyli
Facebook: Aytac Musabəyli

Aytac Musabəylinin 11 yanvar 1993-cü ildə anadan olub və hazırda Litvada yaşayır. Turizm sahəsi üzrə təhsil alır.

Bacardığı qədər gününü evdə sərf etməməyə çalışır. Evdə olduğu günü itirilmiş gün hesab edir. Həyatının hər günü mütləq ki, harasa gedir. Və dediyinə görə; yaşadığını ən çox səyahət etdiyi anlarda hiss edir. İndiyə qədər 22 ölkədə, 58 şəhərdə olub. Böyük xəritəsi var, hər dəfə ölkə gəzdikcə üstünü işarələyir. Bir ölkədən başka hər birini ömrünün sonunacan gəzib bitirməkdi arzusu.

Aytac deyir ki; “məncə ev, maşın, mebel və ya çoxlu geyim/zinət əşyaları almaq əvəzinə gəzin, əylənin, dünyanı görün. Adam öləndə arzularla, yox xatirələrlə ölməlidi. Xatirələr də gəzdikcə, yeni yerlər, yeni insanlar gördükcə yaranır. Bu dünyada insanların yüzdə 80i doğulduqları nöqtənin 80 km etrafında yaşayıb ölürlərmiş, yəni bu dünyanı gəzmədən, görə bilmədən, kəşf edə bilmədən yaşayıb ölürlər. Yaxşı ki mən digər 20 faizdəyəm”

İndiyə kimi gördüyü ən gözəl yerlər: Kopenhagen, Amsterdam, Budapeşt, Berlin və Praqa olduğunu qeyd edir.

Həyatda İlham aldığı hekayə, balaca qara balığın hekayəsidi. Hansı ki, bütün balıqlar dünyaya gəldiyi gölməçədə ölərkən, o bütün dünyanı gəzdi, okeanları gördü. Yəni YAŞAYIB öldü. Qısası hekayə izah edir ki, YAŞAMADAN ölməyin!

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar