fbpx
Connect with us

Xəbərlər

Azad edilmiş ərazilərə müntəzəm səfərlər başlayır

Yanvarın 24-dən #Şuşa və #Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müntəzəm səfərlərlə bağlı sayt yaradılıb. Yolumuzqarabaga.az saytının bu gündən işə düşəcəyi gözlənilir.

Nəzərdə tutulan marşrut xətləri Bakı – Şuşa – Bakı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli, Bakı – Ağdam – Bakı və Bərdə – Ağdam – Bərdədir.

Bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur.

Yanvarın 24-dən Bakıdan Şuşaya və Bərdəyə həyata keçirilməsi planlaşdırılan avtobus səfərləri üzrə biletlərin qiymətləri aşağıdakı kimidir:

Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti (bir tərəfli olmaqla) 10,4 manat
Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti (bir tərəfli olmaqla) 9,4 manat
Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti (bir tərəfli olmaqla) 7 manat
Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti (bir tərəfli olmaqla) 5 manat
Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Beyəlxalq Hava Limanı üzrə isə biletin qiyməti (bir tərəfli olmaqla) 6 manat olacaq.

Gediş-gəliş biletləri eyni vaxtda alınmalıdır.

Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə reyslər olacaq.

Bakıdan Şuşa və Ağdama avtobus biletlər yalnız “yolumuzqarabaga.az” portalı üzərindən satılacaq və kimliyindən asılı olmayaraq, bütün şəxslərə ildə yalnız 1 dəfə səfər etmək icazəsi veriləcək. Sərnişinlər fərdi qəza sığortası ilə təmin edilir.

Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb.

Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.

İlkin olaraq bütün səfərlər müşayiətlə həyata keçiriləcək. Vətəndaşlar azad olunmuş ərazilərə daxil olmamış son dayanacaqda tabletlər vasitəsilə bir daha yoxlanılacaq və polis əməkdaşı avtobusa əyləşəcək. Səfər onun iştirakı ilə təşkil ediləcək”.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar