Azər Kazımlı
Doğum tarixi: 21 Aprel, 1993
Təhsili: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Peşəsi: Fotoqraf
İnstaqram: @kazzimli
“Kazzımlı” ləqəbi ilə tanınan Azər 1993-cü ildə Bakı şəhərində doğulub. 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissor sənəti fakultəsini bitirib.
Fəaliyyəti
3 il televiziyada rejissor olaraq çalışdıqdan sonra fotoqrafiya, xüsusilə də təbiət fotoqrafiyası ilə davam etmək qərarı alaraq rejissorluqdan uzaqlaşıb. 2015-ci ildən etibarən aktiv olaraq təbiət idmanları, xüsusilə həvəskar dağçılıq ilə məşğuldur.
Bundan əlavə 2018-ci ildə təsisçisi olduğu “Backcountry Azerbaijan” ekoturizm qrupunun yaranması ilə birlikdə Azərbaycanın bölgələrinə, “Discover the wilderness” devizi ilə vəhşi təbiətinə gəzintilər təşkil edərək turizmlə bağlarını möhkəmləndirib. Dövlət Turizm Agentliyi ilə sıx əməkdaşlığı var və bir neçə dəfə Almaniya, BƏM və s. ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində Azərbaycanın turizm potinsialının tanıtımı stendlərində Azərbaycanın müxtəlif bölgələrində
çəkdiyi şəkillər nümayiş olunan monitorlar yerləşdirilib.
Mükafatları
2019-cu ildə Rusiyanın beynəlxalq #35AWARDS foto müsabiqəsində ”Çadır mənzərəsi” janrında Qubanın Qrız kəndində çəkdiyi 3 şəkildən ibarət seriya TOP 5-ə daxil olub.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…