Xəbərlər
Azərbaycan kinoteatrında “Yol filmi” nümayiş olunacaq

İyunun 14-ü “Azərbaycan” kinoteatrında ilk Yol Filmlərindən hesab olunan “Atalanta” filmi nümayiş olunacaq.
Film, “Atalanta” gəmisinin kapitanı Janın, kənd qızı Cülyetta ilə evliliyindən, onların Fransa kanalları ilə Parisə bal ayı səyahətlərindən bəhs edir. Səyahət boyu cütlüyü, Jül adlı səfeh qoca müşayiət edir.
İstehsal ili: 1933
Filmin rejissoru: Jan Viqo
Ssenari müəllifləri: Jan Viqo, Jan Qine, Alber Riera
Operator: Boris Kaufman
Rollarda: Dita Parlo, Jan Daste, Jil Marqaritis, Mişel Simon və başqaları.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Fransanın Azərbaycandakı Səfirliyi və Fransız İnstitutunun birgə əməkdaşlığı çərçivəsində “Azərbaycan” kinoteatrında iyunun 7-dən fransız film günləri keçirilir. Filmlər fransız dilində, ingilis və azərbaycan altyazıları ilə nümayiş olunur. Filmin nümayişi saat 19:00-da başlayır. Giriş ödənişsizdir.

-
Jurnal3 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər4 il əvvəl
Rəna Kərimova
-
Jurnal3 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Xəbərlər5 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəl
Orxan Rzayev
-
Jurnal3 il əvvəl
Şahdağ zirvəsi
-
İdman3 il əvvəl
Futbol 90 dəqiqə deyil…