fbpx
Connect with us

Xəbərlər

Azərbaycan startapı top 10-luq arasındadır

Bu il noyabrın 24-də onlayn keçiriləcək FutureTravel Zirvə Sammitinin buraxılışı baş tutacaq. Virtual tədbir səyahət sahəsinin liderlərini və yenilikçilərini, o cümlədən, bir çox səyahət startapları, investorlar və səyahət sahəsinin peşəkarlarını bir yerə toplayacaq. Tədbir zamanı bizi ruhlandırıcı əsas məruzəçilər, maraqlı müzakirələr və zirvə müsabiqəsi gözləyir!

Burdan Bura xəbər verir ki, FutureTravel Zirvə Müsabiqəsi dünyanın 10 ən perspektivli səyahət startapını nümayiş etdirəcək (təxminən 200 namizəd arasından seçildi!). Əvvəlcədən seçilmiş startaplar 2 dəqiqə ərzində iştirakçılar və tanınmış investorlardan ibarət, münsiflər heyəti qarşısında çıxış edəcəklər.

Mükafat Paketi: FutureTravel Zirvə Müsabiqəsində qalib gələn startap komandası 40.000 ABŞ dolları dəyərində mükafat paketi alacaq.

Qalib həmçinin FutureTravel Newsletter-də qürurla xatırlanacaq və AB-Startups və digər nəşrlər tərəfindən diqqəti cəlb edəcək.

Qeyd edək ki, müsabiqədə Azərbaycan startapı “Pickvisa” da iştirak edir və top onluqdadır. Startap dünyanın istənilən ölkəsinə səyahət, təhsil və işgüzar səfər vizalarının alınması xidmətləri göstərən onlayn platformadır. Şirkətin əsas məqsədi bütün ölkələr üçün mərkəzləşdirilmiş viza müraciət sistemi qurmaqdır.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar