Xəbərlər
Azərbaycan stendi beynəlxalq sərgidə mükafata layiq görüldü

Azərbaycanın stendi 7-9 sentyabrda Rusiyanın Moskva şəhərində keçirilən “OTDYKH Leisure” beynəlxalq sərgi və forumunda beynəlxalq mükafata layiq görülüb.
Belə ki, turizm potensialını sərgiləyən digər iştirakçı ölkələrdən fərqliliyi ilə seçilmiş Azərbaycan stendinə “Ən yaxşı təqdimat” nominasiyası üzrə mükafat təqdim olunub.
27-ci dəfə təşkil olunan forum-sərgidə Azərbaycan tərəfindən “Azərbaycan Hava Yolları” QSC (AZAL), Azərbaycan Hotel Assosiasyası, Naxçıvan Turizm Departamentinin nümayəndələri, eləcə də 11 yerli turizm şirkəti iştirak edib.
Forum çərçivəsində ölkəmizə həsr olunmuş “Azərbaycanın turizm imkanları və yeni marşrutların inkişafı” mövzusunda xüsusi sessiya keçirilib.
2 mindən çox iştirakçının qatıldığı tədbir çərçivəsində 40 müxtəlif mövzulu sessiyada 15 ölkədən 200-dən çox spiker çıxış edib.
Qeyd edək ki, sərgidə Azərbaycan, Moldova, Bolqarıstan, Belarus, Rusiya, Almaniya, İspaniya, Kipr, Misir, Tunis, Hindistan, Şri-Lanka, Çin, Yaponiya, Tayland, Tanzaniya, Braziliya, Kuba kimi 18 xarici ölkədən 350-dən çox şirkət iştirak edib.
Hər il keçirilən sərgi turizm təşkilatları və agentliklərinin, turizm üzrə ixtisaslaşmış dövlət və ictimai qurumların nümayəndələrini bir araya toplayır.

-
Jurnal3 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər4 il əvvəl
Rəna Kərimova
-
Jurnal3 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəl
Orxan Rzayev
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Xəbərlər5 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal3 il əvvəl
Şahdağ zirvəsi
-
İdman3 il əvvəl
Futbol 90 dəqiqə deyil…