fbpx
Connect with us

Xəbərlər

Azərbaycan, Ukrayna, Moldova DMT nümayəndələrinin birgə təcrübə səfəri keçirilmişdir

Azərbaycan, Ukrayna və Moldova Destinasiya Menecmenti Təşkilatlarının (DMT) nümayəndələrinin Gürcüstanda birgə təcrübə səfəri həyata keçirilmişdir.

Azərbaycan, Ukrayna və Moldova Destinasiya Menecmenti Təşkilatlarının (DMT) nümayəndələrinin 25 – 29 oktyabr 2021-ci il tarixlərində Gürcüstanda birgə təcrübə səfəri həyata keçirilmişdir. Təcrübə səfəri ABŞ-ın Gürcüstanda Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Avropa və Avrasiyada iqtisadi inkişaf, idarəetmə, özəl sektorun inkişafı” layihəsi çərçivəsində təşkil edilib.

Səfərin məqsədi Gürcüstanda fəaliyyət göstərən DMT-lərin fəaliyyəti, onların idarəolunma mexanizmi, dövlət-özəl əməkdaşlığının təşkili, maliyyə və hesabatlılıq və s. istiqamətlər üzrə təlim görüşləri təşkil etmək, DMT-lərin fəaliyyət strategiyasında nəzərdə tutulmuş turizm məhsulları üzrə təcrübə mübadiləsi, xüsusilə şərab evləri və aqroturizm məkanlarının inkişaf yolunun öyrənilməsindən ibarət olmuşdur.

Səfərdə Dövlət Turizm Agentliyi ilə yanaşı Şəki DMT, Quba DMT və Lənkəran DMT əməkdaşlarının iştirakı təmin olunmuşdur. Ölkə nümayəndələri ölkələrində turizmin vəziyyəti, xüsusilə də, turizmi təşviq etmək üçün ölkələrində yeni yaradılan DMT-lərin fəaliyyəti barədə təqdimatlar etmiş, DMT-lərin təşkili, funksiyaları, maliyyələşmələri barədə mövcud təcrübəni digər iştirakçılarla bölüşüblər.

“DMO Visit Kakheti” təşkilatı tərəfindən bölgədə turizmin planlaşdırılması və inkişaf etdirilməsi, turizmlə bağlı statistik məlumatların öyrənilməsi və idarə olunması, turist məmnuniyyəti, turizm məhsullarının marketinqinin təşkili, keyfiyyətin idarəolunması, yerli və xarici qurumlar ilə əməkdaşlıq fəaliyyətlərinin təşkilinə dair təlimlərlə yanaşı, regionda fəaliyyət göstərən bir çox şərabçılıq və bio-şərabçılıq, aqroturizm müəssisələrinə səfərlər təşkil edilmiş, iştirakçılara praktiki olaraq görülən təsərrüfat işləri təqdim edilmişdir.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar